Rəqslər, canlı ifalar, rəngli və coşqu dolu şou - - FOTOLAR
Türkiyənin məşhur müğənnisi Sibel Can növbəti dəfə paytaxtımızın qonağı olub.
Minval.info xəbər verir ki, sevilən səs sənətçisi bu dəfə Bakı Konqres Mərkəzində sevənləri ilə görüşüb.
Sibel Can Azərbaycanı ikinci vətəni adlandırıb: “Yenidən burda olduğum üçün çox xoşbəxtəm. Məni bugün tək qoymadığınıza görə sizə ayrıca təşəkkür edirəm. Yaxşı ki, varsınız”.
Konsert proqramı ilə çıxış edən ulduz qonaq gecə boyunca iki geyim dəyişib.
Cəlbedici müğənni konsert proqramında köhnə və yeni mahnılarını ifa etməklə yanaşı, Azərbaycan mahnılarını da oxuyub. Müğənni səhnədə rəqsləri ilə də diqqət çəkib. O demək olar ki, dinamik mahnıların hər birində ayrı-ayrı rəqslər edib.
Sibel Can konsertin sonunda Azərbaycan və Türkiyənin iki qardaş ölkə olduğunu və burada çıxış etməkdən hər zaman xoşbəxt və məmnun olduğunu söyləyib.
Qeyd edək ki, konsertin təşkilatçısı “Anadolu Events” şirkəti idi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"