Rəqsanə ilk dəfə qızının boşanmasından danışdı: "Aysun döyülüb..."
Müğənni Rəqsanə İsmayılova ilk dəfə qızı Aysun İsmayılovanın iş adamı Eşqin Cəlilovdan boşanmasından danışıb.
Rəqsanə İsmayılova sosial şəbəkədə canlı yayım açaraq bu sözləri deyib:
“Kim xoşbəxt günündən boşanar, heç bir qadın. Bu günə qədər də heç vaxt qızımın ailəsinə qarışmadım. Hər şeyi özünə həvalə etdim. Onun 25 yaşı var, özü ailə qurmuşdu. Mən Aysunun Eşqinlə ailə qurmasına razı deyildim. Bunu Aysun da bilir. Elçi gələndə də demişdim. Çünki mən xoşlamıram ki, kişi gözləsin, qadın toy mərasiminə gedib, evə pul gətirsin. Kişinin özünün gəlir mənbəyi olmalıdır. Heç bir insan durduğu yerdə ailəsini dağıtmaz. Ailəsinin qədrini bilmək istəməyənlər, ailənin nə olduğunu bilməyən insanlardır. Mənə kasıb, varlı olmaq fərq etmir. Kasıb olmaq ayıb deyil. Mən milyonçu deyiləm, Aysun da milyonçu qızı deyil. Sadəcə hər bir kişinin gündəlik çörək pulu qazanıb evinə gətirmək hüququ var”.
Rəqsanə İsmayılova keçmiş kürəkəni Eşqin Cəlilovun Aysun İsmayılova haqqında mətbuata açıqlama verməsinə də münasibət bildirib: “O zaman Aysun da çıxsın Eşqinin haqqında danışsın, hər şeyi ortaya qoysun. Nə qazanacaq, heç bir şey! Deyəcəklər ki, vaxtında niyə danışmırdın. Bizim millətdə bu xarakter var, axı. Aysuna əl də qaldırılıb, söyüşlər də söyülüb. Aysunun yaşadıqlarına heç kim dözə bilməzdi. Amma yenə də Aysun dözüb, susub. Birinci davalarında Aysun yenə də ailəsini tutdu, susdu. Dedi ki, ana, Eşqinə ikinci dəfə şans verirəm. Getdi və barışdılar. Mən dəfələrlə Eşqini çağırıb, məsləhət etdim, onu başa saldım. Aysunun yanında mənim kimi anası var, ailəsi var. O, mənim övladımdır” (Teleqraf.com).
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi