Rəqsanədən alovlu ismarıc: Ehtiyatlı ol, son cinayət əməlim sən ola bilərsən
Bəziləri yenə alovlanıb. Deyəcəkdim, ərə get, sakitləş, amma onunla əlaqəli deyil artıq.
Minval.info xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova özünün “Instagram” səhifəsində yazıb:
“Biriləri uzun illərdir mətbuatda yoxdur, fəaliyyəti sıfır, bilmir özünü necə gündəmə gətirsin. Yaddan çıxmısan, bilirəm. Amma mən sehrbaz deyiləm, səni heç mən də gündəmə gətirə bilmərəm.
Vaxtında səni alan olsaydı, Aysun boyda qızın vardı. Özünü övladımla reklam edirsən. Azərbaycanda o qədər peşəkar, savadlı media nümayəndələrimiz var ki, şükür Allaha, ehtiyacımız olanda işimizi həvalə edə bilirik. Mən əziyyətlə pul qazanıram, amma kimlərsə havayı pul almaq istəyirdi.
Cenniferin evində olmağa nə lüzum var, başın çıxmayan internet dünyasında yaşayırıq. Xaricdəki jurnalistlər sənin kimi yatmayıb. Dünyaca məşhur birinin evinin dizaynını öyrənmək sən düşündüyündən daha asandır. Bir də ki, mənə cinayətkar deyirsən, ehtiyatlı ol, son cinayət əməlim sən ola bilərsən”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"
“Azərbaycan xalqına azad seçim versən, gedib Manafa səs verəcək”
"Hikmət Rəhimov, haqqımı ver!" - "Apatiya 2"nin çəkilişlərində qalmaqal