Rəqsanə başını "ağrıdan" videoları sildirdi - İndi isə pulunu vermir (QALMAQAL)
Müğənni Rəqsanə İsmayılova daha bir qalmaqalla gündəmə gəlib.
Minval.info xəbər verir ki, buna səbəb ifaçının fırıldaqçılıqda ittiham olunmasıdır. Belə ki, jurnalist Pərviz Hüseyn sosial media hesabında iddia edib ki, müğənni Vüqar adlı şəxsə “pul atıb”.
Statusda bildirilir ki, bir müddət əvvəl insanlara yardım etmək üçün Dağıstana yollanan müğənni və həyat yoldaşı Fazilin dava kadrları sosial mediada sürətlə yayılıb. Onların başqa insanlarla dava etməsi və videolarda bir sıra rəsmi şəxslərin adının çəkilməsi R.İsmayılovaya “əngəl” törətdiyi üçün müğənni sözügedən kadrların “Youtube”dan sildirmək fikrinə düşüb.
O, Vüqar adlı şəxsə müraciət edib. Həmin şəxs isə Rəqsanəyə bildirib ki, 20 videonun internetdən silinməsinin qarşılığında 1000 manat pul alınacaq. Lakin Vüqarla razılığa gələn ifaçı aylardır həmin şəxsin nə zənglərinə, nə də SMS-lərinə cavab verir.
Daha sonra yazıda bildirilib ki, Rəqsanə böhtan ataraq Vüqara iki dəfə pul ödədiyini söyləyib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək
