Rəcəb Tayyib Ərdoğanın kitabı çapdan çıxıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kitabı çapdan çıxıb.
“Minval.info” xəbər verir ki, bu barədə Türkiyənin iqtidar partiyası olan Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hamza Dağ tviter səhifəsində məlumat verib.
“Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın siyasət yürüyüşündə haqqı və həqiqəti yüksək səslə müdafiə etmək uğrunda verdiyi mübarizəni öz qələmindən oxumaq fürsəti tapacağımız kitabı bütün kitab mağazalarında bizi gözləyir”, – H.Dağ qeyd edib.
Bildirilib ki, kitab “Daha Adil Bir Dünya Mümkün” (“Daha ədalətli bir dünya mümkündür” – red.) adlanır.
Kitabın üz qabığının arxa hissəsində “Uşaqların öldüyü və öldürüldüyü bir dünyada heç kim məsum deyil” ifadəsi əks olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub