Ərəb klubunun baş məşqçisi: "Qalatasaray"ın oyunçusunu növbəti mövsüm komandamda görmək istəyirəm"
Türkiyə çempionu “Qalatasaray”ın oyunçusu karyerasını Ərəbistanda davam etdirə bilər.
AzxeberSport “Goal” nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin mərakeşli 10 nömrəsi Yunis Belhanda karyerasını Ərəbistanda davam etdirə bilər. “Əl-Hilal” klubun baş məşqçisi Razvan Luçeskunun “Əl Riyad” nəşrinə olan müsahibəsində deyib:
Növbəti mövsümdə Belhandanı komandamda görmək istəyirəm. O, çox bacarıqlı oyunçudur. Türkiyədəki performansı ilə həm 10 həmdə 8 nömrə mövqeyində uğurlu çıxış edə bildiyini sübut etdi. Oyunçu gəncdir. Əgər “Qalatasaray” onu satmaq istəsə ilk olaraq biz təklif göndərəcəyik.
Türkiyə təmsilçisi də oyunçunun satılmasında maraqlıdır. Buna səbəb Belhandanın yüksək maaşı və azarkeşlərin onun performansından tam razı olmamasıdır.
Qeyd edək ki, Belhanda İstanbul nəhəngində 69 rəsmi matçda 10 qol vurub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək