"Qvardiola dünyanın ən yaxşı məşqçisidir" - Zidan
“Bu mübarizə Zidanla Qvardiola arasında deyil. Bu, “Real” – “Mançester Siti” rəqabətidir”.
Minval.info qol.az-a istinadən xəbər verir ki, bu sözləri “Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/8 finalında “Mançester Siti” ilə keçiriləcək oyun haqda danışarkən deyib.
Fransalı mütəxəssis rəqibin baş məşqçisi Pep Qvardiola haqda müsbət fikirlər səsləndirib. O, Qvardiolanı dünyanın ən yaxşı məşqçisi hesab etdiyini bildirib: “Qvardiola “Barselona”, “Bavariya” və “Mançester Siti”də səviyyəsini göstərdi. Bir çox yaxşı məşqçi var. Amma məncə, Qvardiola ən yaxşısıdır. Əvvəllər onunla söhbət etmişəm, mənə qarşı olduqca dürüstdür. Aramızda yaxşı münasibət var. Gözəl bir oyun olacağı dəqiqdir. Azarkeşlərimizin bizimlə qürur duymasını istəyirik və bunun üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, “Real” – “Mançester Siti” matçı fevralın 26-dan 27-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək