Qurbanov ən çox qələbə qazanmış baş məşqçi oldu
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatları tarixinə düşüb.
Minval.info PFL-ə istinadən məlumat verir ki, 46 yaşlı mütəxəssis 1992-ci ildən keçirilən yarışın 26 illik tarixində ən çox qələbə qazanan məşqçi ünvanına yiyələnib. Bu rekord Premyer Liqanın I turundan təxirə salınan “Zirə” ilə matçda rəsmiləşib. 3:2 hesablı qələbə Q.Qurbanovun çempionatlarda 205-ci uğuru olub. Klub karyerasında “Neftçi” və “Qarabağ”a rəhbərlik edən mütəxəssis məşqçi kimi 13-cü mövsümündə, 347-ci qarşılaşmada rekord vurub. Onun komandaları matçların təxminən 59 faizində qalib gəlib.
V turun “Qəbələ” ilə matçında əldə olunan 4:1 hesablı qalibiyyətlə rekorda şərik çıxan Q.Qurbanov təxirə salınan matç keçirildikdən sonra aktivində 204 qələbə olan Ağasəlim Mircavadovun rekordunu arxada qoyub. Sonuncu “Qarabağ”, “Bakı fəhləsi”, “Şəmkir”, “Neftçi”, “Xəzər Lənkəran”ı ümumilikdə 343 çempionat oyununa çıxarıb.
“205”ə çatan Q.Qurbanov baş məşqçi kimi Azərbaycan çempionatlarında 2006/07 mövsümündə debüt edib. Onun ilk qələbəsi “Neftçi”dəki debüt matçına təsadüf edib. 2006-cı il avqustun 6-da Q.Qurbanovun yetirmələri “Gənclərbirliyi”ni məğlubiyyətə uğradıb – 6:1.
Qeyd edək ki, ölkə çempionatlarının yeni rekordçusu “Zirə” ilə matçda yubiley də qeyd edib. Q.Qurbanov “Qarabağ”ı bütün turnirlərdə (çempionat, kubok, avrokubok) üst-üstə 450-ci oyuna çıxarıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kubokun final matçı sosial məsafə pozulduğu üçün dayandırılıb
Ronaldo zədələndi - Meydana qayıdacağı vaxtı açıqladı
Türkiyəli məşhur idman jurnalisti vəfat edib
“Qarabağ”la bağlı qərar açıqlandı
Azərbaycanda oynamış futbolçu faciəvi şəkildə öldü
UEFA prezidenti Mxitaryanın Bakıya gəlməməsinə münasibət bildirib
"Malmö" azarkeşləri İbrahimoviçin heykəlini yandırdılar - FOTO+VİDEO