Qurban Qurbanovla Roberto Bordin ən yaxşı məşqçilər siyahısından çıxarılıb
Dünyanın ən yaxşı məşqçilərinin reytinq siyahısı açıqlanıb.
APA-nın məlumatına görə, hər həftə yenilənən cədvəldə bir sıra dəyişikliklər olub.
Bu, Azərbaycanın iki ən köklü klubunun baş məşqçilərindən də yan ötməyib. “Qarabağ”la ardıcıl 6 dəfə Azərbaycan çempionu olan Qurban Qurbanov və “Neftçi”ni ötən mövsümün gümüş medallarına daşıyan italiyalı Roberto Bordin siyahıdan kənarlaşdırılıblar.
Ötən həftə planetin ən yaxşı 1000 çalışdırıcısı arasında qərarlaşan cütlüyün cədvəldən çıxarılmasına son uğursuzluqlar səbəb olub. Q.Qurbanovlu “Qarabağ” evdə Kipr APOEL-inə 0:2 hesabı ilə uduzaraq Çempionlar Liqasına vida edib. R.Bordinin yetirmələri isə İsraildə “Bney Yehuda”dan aldığı 1:2 hesablı yenilgiylə Avropa Liqasında çıxışını başa vurublar.
Bu səbəbdən də ötən həftə 1326 xalla 484-cü olan Q.Qurbanov da, 818 xalla 671-ci pillədə qərarlaşan R.Bordin də reytinq siyahısını tərk ediblər.
Qeyd edək ki, siyahının 1-ci pilləsində 15 min 394 xala malik Ernesto Valverde (“Barselona”) qərarlaşıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi