Qurban Qurbanov: “Yurçeviçə bildirdim ki, köməklik lazım olsa, hazıram”
Minval.info // “İcraiyyə Komitəsinin iclasında Tovuz Akademiyası yaradılması, VAR sistemi ilə bağlı danışıldı. Bir az pozitiv fikirlər oldu. Bir də bəzi məsələlər müzakirə olundu”. ONA-nın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, AFFA İcraiyyə Komitəsinin (İK) iclası bərədə məlumat verib. Millidən ayrıldıqdan sonra İK-dan da getmək istədiyini bildirən mütəxəssis bu dəfə belə bir danışığın olmadığını deyib.
Q.Qurbanov yığmanın yeni baş məşqçisi Nikola Yurçeviçlə görüşlərindən də danışıb: “Qısa olaraq bəzi futbolçular barədə söhbət etdik. Klubun düşərgəsinə gəlmək istədi. Yəqin ki, martın 6-7-də bu reallaşacaq. Futbolçularla görüşmək istədiyini dedi və mən də bildirdim ki, mən tərəfdən hansısa köməklik lazım olsa, hazıram. Komandamıza simpatiyasını göstərdi. Hər halda, milliyə, futbolçulara kömək etmək borcumuzdur”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək