Qurban Qurbanov və oğlu mövsümün ən yaxşı futbolçusunu açıqladı
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün futbolçusunu müəyyənləşdirib.
Bu barədə 48 yaşlı mütəxəssis “minval”a açıqlama verib. Qurbanov koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan çempionatın ən yaxşısı adına “Neftçi”nin fransalı hücumçusu Stiven Monrozu layiq görüb.
Baş məşqçinin oğlu, I Divizionda 15 qolla bombardir olmuş Musa Qurbanlı da bu nominasiya üzrə öz seçimini edib. “Qarabağ”ın əsas komandasına da cəlb edilmiş gənc hücumçu “Keşlə”dən paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kollini fərqləndirib.
Qeyd edək ki, mövsümün ən yaxşı futbolçusunu ardıcıl üç ildir İdman Araşdırmalar Mərkəzi “Report”un dəstəyi ilə 8 klubun oyunçuları və baş məşqçiləri arasında sorğu nəticəsində müəyyənləşdirir. Hazırda “Keşlə”yə məxsus Cavid İmamverdiyev 2017/2018, “Neftçi”nin kapitanı Emin Mahmudov isə 2018/2019 mövsümünün ən yaxşı futbolçusu seçilib. 2019/2020 mövsümünün ən yaxşı futbolçusunun adına isə tezliklə aydınlıq gələcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək