Qurban Qurbanov: ""Qarabağ" oyun üslubuna sadiq qalmalıdır"
“Birinci yeri təmin edən yaxşı komandaya qarşı oynayacağıq. Bizim xala ehtiyacımız var. Ələxsüs böyük komandalara qarşı yaxşı oynamağa çalışmışıq. “Sevilya” da belə bir komandalardan biridir. Son saniyəyə qədər mübarizə aparacağıq. Çalışacağıq ki, yaxşı oyun göstərək”.
Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları “Sevilya” ilə oyundan əvvəl deyib.
Matçöncəsi mətbuat konfansında çıxış edən mütəxəssisin fikirlərini təqdim edirik:
“Maksim Medvedevin oynamaq şansı yüksəkdi. “Atletiko” və “Sevilya” fərqli komandalardı. Hər ikisi güclü rəqiblərdi. “Sevilya”nın növbəti mərhələni təmin etməsi, o demək deyil ki, onlar mübarizə aparmayacaqlar. Bakıda da beləydi. Hesab 2:0, 3:0 olanda belə mübarizə aparır, qol vurmaq istəyirdilər. Heyətdən asılı olmayaraq 90 dəqiqə dinamik futbol oynayırlar. Bu gün baş məşqçiləri də belə açıqlama verib.
“Qarabağ” burdan sərfəli nəticəylə qayıtmaq üçün öz oyun üslubuna sadiq qalmalıdı. Çalışırıq ki, hər bir rəqiblə oyunda öz üslubumuzu pozmayaq. “Sevilya”nın kreativ futbolçuları çoxdu. Daha az səhv etməliyik.
Bu gün “Sevilya” istənilən rəqibə qarşı dominantlıq etməyi sevir və rəqibini müdafiədən oynamağa məcbur edir. Ola bilər ki, oyun sistemimiz bir qədər dəyişər. Çünki zədədən qayıdan futbolçularımız var. Onlar tam formada deyilər. Yenə də çalışacağıq ki, oyun intizamı pozulmasın.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Məni narahat edən xüsusi nəsə yoxdu. Sadəcə, istəyirəm ki, bütün futbolçularım optimal formada olsun. Artıq bunu fikirləşmirəm, oyuna köklənmişik”.(sport7.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək