Qurban Qurbanov "Qarabağ"ın Türkiyədəki matçında iştirak etməyəcək
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin V turunda “Makkabi” (Təl-Əviv) komandası ilə oyun üçün Türkyənin İstanbul şəhərinə getməyəcək.
Bu barədə “Report”a Azərbaycan təmsilçisinin direktoru Emrah Çəlikəl məlumat verib. O bildirib ki, 48 yaşlı mütəxəssisin vəziyyəti yaxşı olsa da, onun növbəti testi də müsbət çıxıb.
Çelikəl İsrail təmsilçisi ilə duelə komandanı Elçin Rəhmanovun çıxaracağını sözlərinə əlavə edib: “Hücumçu Musa Qurbanlının növbəti koronavirus testi neqativ çıxıb. Onun qarşılaşmada iştirakı gözlənilir”.
Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.
Xatırladaq ki, Qurban Qurbanov səhhətindəki problemə görə ötən həftəsonu komanda ilə Ağdama səfər edə bilməyib. O, həmçinin “Səbail”lə 1:1 hesablı heç-heçə etdikləri görüşü də buraxıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Neymar üçün "Real Madrid"dən fantastik məbləğ tələb etdilər
"Real Madrid"in futbolçusu sürücülük hüququndan məhrum edilib
Uels millisi Bakıya 1000 nəfərlə gəlir
Ramil Şeydayev “Dinamo”ya keçidindən danışdı: Bir az düşündüm
Yeni Malatyaspor - Fenerbahçe - CANLI
Güləşçimiz Avropa Oyunlarının finalında iştirak edə bilməyəcək