Qurban Qurbanov Malta uğursuzluğundan danışdı
Qalib gəlmək istəyirdik. Əfsuslar olsun ki, bunu bacarmadıq. Bir xal qazandıq. Daha doğrusu, 2 xal itirdik. Bir çox futbolçunun durumundan narahat idim. Gözlədiyim kimi performanslarından aşağı çıxış etdilər. İşlərimiz çoxdur. Hansısa çatışmazlıqları aradan qaldırmağı öz üzərimə götürərəm. İradlarınızı mənə bildirə bilərsiniz.
Report xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının II turunda Malta ilə səfər oyunundan əvvəl təşkil edilən mətbuat konfransında söyləyib.
46 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:
– Ardıcıl 2 heç-heçədən sonra qrupdan çıxa bilməməklə bağlı narahatlığınız var?
– Burada nəticə verməyə çalışırıq. İnamımızı itirməməliyik. Çatışmazlıqları bilirəm. Digər komandaların da xal itkiləri olacaq. Şansımız yoxdur deyib, sakit durmamalıyıq. Çatışmayan cəhətlərimizi aradan qaldırmalıyıq. Qalan 4 oyunda qalib gəlsək, qrupdan çıxa bilərik. Futbolçulara güvənib, bir olmalıyıq.
– Rəqib futbolçuların oyunun vaxtını uzatması barədə nə deyə bilərsiniz?
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
– Bunu səbəb kimi göstərməli deyilik. Həm burda, həm Bakıda bu cür halları gördük. Bu gün rəqib bir xal götürmək üçün hər şeyə əl atırdı. Bu cür pauzalar tempi salırdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək