Qurban Qurbanov: "Layiqli oyun göstərməyə çalışdıq və bunu bacardıq"
“Layiqli oyun göstərməyə çalışdıq və bunu bacardıq”.
“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Fransada “Marsel”ə 1:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis rəqibi qələbə münasibətilə təbrik edib: “Dünən də bildirmişdim ki, “Marsel”in yaxşı baş məşqçisi və fərdi keyfiyyətləri yüksək olan futbolçuları var. Məni ən çox narahat edən məqam rəqibin ustalıq səviyyəsi idi. Bu gün bəlkə də bu elemetlərə görə uduzduq. Amma komandamın oyunundan tam razı qaldım. Bəzi diqqətsizliklər oldu ki, bu da belə komandaya qarşı matçda normaldır. Səfərdə çıxış etməyimizə baxmayaraq, çox yaxşı oyun göstərdik”.
Qurbanov cavab matçına da toxunub: “Evdə bundan daha yaxşı mübarizə aparacağıq. Çünki rəqibi yaxından tanıyırıq. Bakıda azarkeşlərimizi yaxşı oyunla həyəcanlandırmaq istəyirik”.
Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Argentina futbolu Messini 1 dəqiqə alqışlayacaq
UEFA "Fənərbağça" və futbolçularını araşdırır
Bakı Qran-prisi üçün yeni tribuna istifadəyə verildi
Neftçi SOCAR dünya seriyasında ikincidir!
Osimhen İstanbulda lüks Ferrari ilə heyran etdi
Messi Argentinada milli karyerasına son qoydu
Sonq Yadonq və Nurmaqomedovlar arasında gərgin anlar!