Qurban Qurbanov karantinin bitməsini gözləyir
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun sonuncu koronavirus testinin cavabı mənfi olub.
Bu barədə “Report”a Ağdam təmsilçisinin direktoru Əmrah Çəlikəl məlumat verib.
O bildirib ki, 48 yaşlı mütəxəssis karantin müddətini tamamlamadığı üçün komandanı məşqlərə çıxara bilmir: “Onun testi neqativdir və hazırda özünü yaxşı hiss edir”.
Çəlikəl Avropa Liqasının qrup mərhələsinin V turunda Türkiyədə İsrailin “Makkabi” (Təl-Əviv) komandası ilə matçdan əvvəl koronavirus aşkarlanan Abbas Hüseynovun hələ İstanbulda olduğunu söyləyib: “O, da karantin müddəti başa çatandan sonra test verəcək və mənfi olacağı təqdirdə, Bakıya qayıdacaq”.
Klub rəsmi komandada yeni yoluxma halının aşkarlanmadığını, Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov, Kevin Medina və Mahir Emrelinin təcrid olunduqlarını vurğulayıb.
Qeyd edək ki, “Qarabağ” Azərbaycan Premyer Liqasının XII turunda “Qəbələ”nin qonağı olacaq. Görüş dekabrın 20-də Qəbələ şəhər stadionunda keçiriləcək.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək