Qurban Qurbanov: "Azarkeşlərin oyuna az gəlməsi bizə pis təsir edir" - FOTOLAR
“Bu bizim Avropa Liqasında son oyunumuzdur. Matça azarkeş cəhətdən maraq azdır. Amma biz hər oyuna ciddi hazırlaşırıq. Yaxşı çıxış etmək istəyirik. Normal nəticə ilə turniri başa vurmaq istəyirik”.
Minval.info xəbər verir ki, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda Lüksemburq “Düdelanj”ı ilə qarşılaşmadan öncə mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis bildirib ki, azarkeşlərin az olmaq ehtimalı komandanın motivasiyasına da təsir edir: “Oyundan əvvəl bəzi futbolçulara sərbəstlik vermişəm. Tanıdığımız rəqibdir. Əvvəlki matçlarda müqayisədə oyunçuların durumu yaxşıdır. Ən azı ilin sonunda istirahət edə biləcəklər. Bizim sabahkı oyunda üstünlüyümüz ondan ibarətdir ki, öz meydanımızda çıxış edirik. Rəqib ilk oyundakı nəticəyə görə daha yaxşı hazırlaşacaq”.
Baş məşqçi daha sonra jurnalistlərin suallarını cavablandırıb:
– Marağın az olmasının sizə nə dərəcədə təsiri olub? Komandanı oyuna hazırlamaq çətindir?
– Komandanı hazırlamaq hər zaman çətindir. Tanıdığımız rəqibdir. Azarkeşlərimizi sevindirməyə çalışacağıq. Bilirik ki, hər oyun ciddidir. Avrokubok oyunlarında stadionumuzun dolu olmasını istəyirəm. Düşünürəm ki, azarkeşlərin yenə də ürəyi bizimlə olacaq. Bəzən belə hallarla razılaşmalıyıq.
– İlk dəfə tam heyətlə oyuna hazırsınız. Bu durum sizdə acı gülmək yaradırmı?
– Belə deməzdim. Həmişə istəmişəm ki, bütün oyunlara tam heyətlə hazırlaşaq. Xayme komanda ilə məşq edir. Ola bilsin ki, əsas heyətə düşmək ehtimalı az olsun. Əvvəlki oyunlarla müqayisədə oyunçularımızın durumu yaxşıdır. Ən azı ilin sonunda sağlam istirahət edə biləcəklər.
– Lüksemburqdakı qələbə sizin üçün üstünlükdürmü?
– Üstünlük öz meydanımızda oynamağımızdır. Düşünürəm ki, rəqib ilk oyundakı nəticəni nəzərə alıb daha yaxşı hazırlaşacaq. Doğma meydanımızda oynayacağıq.
Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 21:55-da start götürəcək.
Məhəmməd Türkmən
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mahir Emreliyə Belçikadan transfer təklifi
AFFA-nın 1,2 milyon verdiyi Prosineçki ilə 180 minə anlaşdılar
AFFA yeni yaradılan ittifaq barədə: "Qanuna ziddir..."
Yığmamızın oyunçusu Türkiyədə bombardir oldu
Qvardiola “Yuventus”un təklifinə cavab verdi
“Qarabağ” 4 milyon avro qazandı
Tokio-2020: Azərbaycan dördüncü medalını təmin edib





