Qurban Qurbanov Azərbaycan çempionatlarının tarixi rekordunu vurub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yeni rekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, Premyer Liqanın XII turunun “Sumqayıt”la qarşılaşması 47 yaşlı mütəxəssisin Azərbaycan çempionatlarında baş məşqçi postunda 382-ci matçı olub.
Bununla da Q.Qurbanov yarışın tarixində ən çox oyun keçirən mütəxəssis adına yiyələnib.
2006-cı ildə “Neftçi”də debüt edən çalışdırıcı 2006/07 və 2007/08 mövsümlərində komandanı 28 qarşılaşmaya çıxarıb. 2008-ci ildən baş məşqçisi olduğu “Qarabağ”la 354 dəfə çempionat oyununda iştirak edib.
Q.Qurbanov müxtəlif illərdə “Viləş”, “Şəmkir”, “Masallı” və MOİK-in baş məşqçisi kimi yüksək dəstədə 381 oyun keçirən Qəhrəman Əliyevin rekordunu arxada qoyub.
Qeyd edək ki, “Sumqayıt”la görüşdə 1:2 hesabı ilə uduzan “Qarabağ”ın 31 oyunluq məğlubiyyətsiklik seriyası qırılıb. Sonuncu dəfə 2018-ci il oktyabrın 28-də “Neftçi”yə 1:3 hesabı ilə uduzan ağdamlılar 390 gündən sonra çempionat matçında xal qazanmayıblar. Bu seriya Azərbaycan çempionatları tarixinin mütləq rekordudur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kamil Zeynallı Tailandda rahibin duasını aldı
Xoruldama: Yuxuda nəfəs dayanmasının təhlükəsi!
Argentina futbolu Messini 1 dəqiqə alqışlayacaq
UEFA "Fənərbağça" və futbolçularını araşdırır
Bakı Qran-prisi üçün yeni tribuna istifadəyə verildi
Neftçi SOCAR dünya seriyasında ikincidir!
Osimhen İstanbulda lüks Ferrari ilə heyran etdi