Qüdrət Həsənquliyev: “Azərbaycanın İsraildə səfirlik açmasına çox ciddi ehtiyac var”
“Biz Əfqanıstanda səfirlik açmaqla diplomatlarımızı və onların ailə üzvlərini də risk altında qoyacağıq. Amma əgər hökumət belə hesab edirsə, mən bu qanun layihəsinə səs verəcəyəm”.
Musavat.com xəbər verir ki, deputat Qüdrət Həsənquliyev bu fikirləri Milli Məclisdəki müzakirələr zamanı söyləyib. O, daha sonra həmkarı Fəzail Ağamalının Azərbaycan-İsrail münasibətləri ilə bağlı fikirlərini dəstəkləyib.
Bildirib ki, biz qonşu ölkə olan İranla İsrail arasında öz vasitəçilik missiyamızı təklif etməliyik, necə ki, İran Azərbaycanla Ermənistan arasında vasitəçilik etmək istəyirdi. Deputat vurğulayıb ki, Azərbaycanın İsraildə səfirlik açmasına da çox ciddi ehtiyac var: “İsrail Azərbaycana dost ölkədir. Sahibə xanım, ümid edirəm ki, siz də bizim fikirlərimizi icra hakimiyyəti orqanlarına çatdıracaqsınız. Ümid edirəm ki, biz 2021-ci ildə İsraildə səfirliyimizin açılmasına nail olacağıq”, -deyə Q.Həsənquliyev söyləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı