Qonşu ölkədə maşınların texniki baxışı ləğv oluna bilər

Rusiya Dövlət Dumasına şəxsi avtomobillər üçün texniki baxışın ləğvini nəzərdə tutan qanun layihəsi təqdim olunub.
Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, müvafiq təşəbbüslə “Ədalətli Rusiya” partiyasının deputatları çıxış ediblər.
Qanun layihəsinin müəllifləri DİN yol hərəkəti təhlükəsizliyi elmi mərkəzinin statistik məlumatlarına əsaslanıblar. Belə ki, 2018-ci ilin ilk doqquz ayı ərzində yol-nəqliyyat hadisələrinin yalnız 3,8 faizinə avtomobillərin texniki nasazlığı səbəb olub. Qəzaların 37,1 faizi isə yol-küçə şəbəkəsinin vəziyyəti ilə bağlı olub.
Deputatların fikrincə, mövcud sistem qəzaların sayının azalmasına xidmət etmir, yalnız sürücülərin xərclərini artırır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq