Qohumunun evindən bank kartlarını oğurladı - ŞƏKİDƏ
Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən yaşadığı ünvandan ona məxsus planşet, telefon, fotoaparat, bank kartları və içərisində pul olan pulqabının oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyindən (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin ev sahibinin qohumu, əvvəllər də oğurluğa görə məhkum edilmiş Mingəçevir şəhər sakini İsmayıl Tahirov şübhəli şəxs qismində saxlanılıb.
O, törətdiyi əməlini etiraf edib, oğurladığı bank kartları və əşyalardan bir neçəsi ondan maddi sübut kimi götürülüb. Aparılan istintaq zamanı məlum olub ki, həmin şəxs evdə heç kimin olmamasından istifadə edərək ora daxil olub və oğurluğu etdikdən sonra Bakı şəhərinə gedib.
Oğurladıqlarının bəzilərini paytaxtda dəyərindən ucuz qiymətə sataraq əldə etdiyi pulu xərcləyib. Faktla bağlı cinayət işi başlanılıb və İsmayıl Tahirov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vətən müharibəsi iştirakçısı vəfat edib - FOTO
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapıldı
FHN: İki nəfər dənizdə batma təhlükəsi ilə üzləşib
Həmin ailənin ölümünə səbəb zəhərli maddə olub? - TƏFƏRRÜAT- FOTO