Qazaxda ekskavator snayperdən atəşə tutulub - FOTO

Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələri istiqamətində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması halları davam etməkdədir.
Dövlət Sərhəd Xidmətindən Minval.İnfo-ya verilən məlumata görə, yanvar ayının əvvəlindən hal-hazıradək Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən 81 dəfə atəşə tutulub.
Yanvarın 6-da saat 15:35 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələrindən Qazax rayonunun Kəmərli kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinə doğru 7,62 mm çaplı “SVD” snayper silahından açılmış atəş nəticəsində güllə dövlət sərhəd xəttindən 450 metr məsafədə mühəndis işləri aparan, mülki şəxs tərəfindən idarə olunan ekskavatorun çalovuna dəyib və kabinasının sağ şüşəsini sındırıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hərbçilərin mənzil təminatına 35 milyon manat ayrılacaq
Ordumuzun mövqeləri atəşə tutuldu
XTQ-nin İranla sərhəddəki təlimləri nəyə HESABLANIB...
"Hərbçilərimizin maaşları artırılmalıdır" - Pənah Hüseyn
Daşaltı necə azad olunub?
Azərbaycanın bir şəhid belə vermədən azad etdiyi STRATEJİ ƏRAZİ - VİDEO
Müdafiə Nazirliyindən Anım Günü ilə bağlı - Videoçarx