Qaxda fındıq böhranı: Məhsul əllərdə qaldı
Qax rayonunun kəndlərində fındıqçılıq, sakinlərin əsas gəlir mənbələrindən biri olaraq qalır. Lakin bu il fermerlər məhsuldarlıq və satış qiymətləri ilə bağlı ciddi problemlərlə qarşılaşıblar. Minval.info xəbər verir ki, Turaclı kəndində yaşayan sakinlər, fındıq bağlarında məhsulun bir hissəsinin zərərvericilər səbəbindən yararsız vəziyyətə düşdüyünü bildirirlər.
Fermerlər, həmçinin yetişdirilən məhsulun aşağı qiymətə alınmasının onların xərclərini qarşılamaqda çətinlik yaratdığını qeyd edirlər. Gübrə, dərman, suvarma və işçi qüvvəsinə çəkilən xərclərin artması, məhsulun satışından əldə olunan gəlirin bu xərcləri kompensasiya etməməsi ilə nəticələnir. “Bu kənddən ildə 100-200 ton fındıq bazara çıxarılır. Ağacların yarpağı tökülür, fındıq quruyur. Hər il ziyandayıq”, – deyə kənd sakini narazılığını ifadə edib.
Mütəxəssislər isə fındıq bağlarında xəstəliklərin qarşısının alınması və daha az ziyanla qarşılaşmaq üçün bağların vaxtında dərmanlanması və aqrotexniki qulluq edilməsinin vacibliyini vurğulayırlar. Həmçinin, müəyyən profilaktik tədbirlərin görülməsi və aqrar sığortadan istifadə olunması tövsiyə edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır
Azərbaycanda 17 min müəllim sertifikasiyanın müsahibəsinə çağırıldı