30.07.2026 - 19:54
Hadisə 14 baxış

Qardaşının evini yandıran kişi saxlanıldı

İki il əvvəl qardaşını itirən kişi, qardaşının arvadının evini yandırıb.

Minval.info xəbər verir ki, hadisə Tərtər rayonunun Şıxarx kəndində baş verib.

İttiham aktına əsasən, 40 yaşlı İsa Məmmədov, qardaşının arvadının ona evdə yaşamağa icazə verməməsi səbəbindən qisas almaq məqsədilə səhər saatlarında spirtli içkinin təsiri altında yarım litr benzini evin bir otağına və damına tökərək yandırıb. Nəticədə, ev sahibinə 10 min manat ziyan dəyib.

İsa Məmmədov saxlanılıb və onun barəsində cinayət işi açılıb. O, ifadəsində bildirib ki, qardaşı 2021-ci ildə Tərtərin Talış kəndində minaya düşərək həlak olub, özü isə 2 il əvvəl azadlığa çıxıb və evi olmadığı üçün küçələrdə yaşayıb. Qardaşının arvadı ona evdə yaşamağa icazə vermədiyi üçün bu əməli törədib. Zərərçəkmiş isə İsanın həmin evdə yaşamaq hüququ olmadığını və onun illər əvvəl evi yandırdığını bildirib. O, həmçinin İsa ilə barışdığını, ona dəyən ziyanın ödənildiyini vurğulayıb.

Məhkəmə İsa Məmmədovu 3 il 6 ay müddətinə azadlıqdan məhrum edib, lakin onun cəzası 2 il sınaq müddəti olmaqla şərti hesab edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: