Qaraçılar polisə daşla hücum etdi - Azərbaycanda
Yevlax şəhərində karantin rejimini pozan qaraçılar polisə daşla xəsarət yetiriblər.
DİN Mətbuat xidmətindən bildirilib ki, hadisə şəhərin “Qaraçılar məhəlləsi” adlanan küçədə baş verib. Həmin məhəllədə yaşayan bir qrup sakin karantin rejiminin tətbiqini pozaraq etiraz aksiyası keçirməyə cəhd göstərib. Bu zaman ictimai asayişi kobud şəkildə pozaraq orada olan Yevlax Rayon Polis Şöbəsinin əməkdaşına daşla xəsarət yetirilib. Hal-hazırda onun vəziyyəti qənaətbəxşdir.
Baş vermiş hadisə ilə əlaqədar olaraq Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.
Məlumat üçün bildirək ki, Yevlax rayonunda son günlər ərzində COVİD-19 pandemiyasına 80 yoluxma halı qeydə alınıb ki, onlardan 53-ü “Qaraçılar məhəlləsi” adlanan küçənin sakinidir. Bu səbəbdən həmin məhəllə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Abşeronda it döyüşləri təşkil edən şəxslər saxlanıldı
Bakıda oğul yaşlı anasını amansızlıqla öldürüb
Gəncədə 43 yaşlı kişi özünü bıçaqladı
Azərbaycanda qardaş bacısını bıçaqlayıb
Dağıstanda zorlanmaqla hədələnən müğənni konsertini təxirə saldı
Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulacaq - AFİŞA