Qarabağdan Ermənistana silah daşıyan 39 nəfər həbs olunub
İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana silah daşıyan 39 nəfər həbs olunub və onlara qarşı rəsmi ittiham irəli sürülüb.
“Report” “NEWS.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.
Həmin şəxslərdən 5 nəfərinə artıq hökm oxunub. Məhkəmə onların 2-ini 1 il, 2-ini 2 il, digərini isə 4 il müddətinə azadlıqdan məhrum edib.
Məlumata görə, 2020-ci il sentyarbın 27-dən noyabrın 9-dək davam edən döyüşlər zaman Qarabağdan silah, sursat, partlayıcı maddə və avadanlıq qaçaqmalçılığı üzrə 2021-ci il martın 15-də 95 cinayət işi başlanılıb.
Keçirilən əməliyyatlar nəticəsində “AK-74”, “AKM”, “AK-SU” avtomatları, müxtəlif çaplı tüfənglər, pulemyotlar, tapançalar, kəsici bıçaqlar, süngülər, müxtəlif tipli tank əlyehinə qumbaralar, qumbaratanlar, trotil partlayıcısı, elektrik detanator, mərmi və güllələr aşkarlanaraq müsadirə edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağdamdan Kəlbəcərə yeni nəqliyyat xətti formalaşır
Gəncəyə ikinci raket hücumunun altıncı ildönümü
Qarabağ ərazisinin mina təmizləmə prosesi nə vaxt bitəcək
27 Sentyabrın mesajı: 44 günlük müharibə Azərbaycanın taleyini necə dəyişdi
Şəhid anası: Oğlumun ruhu əbədi mənimlədir
Erməni jurnalistin iddiası: Azərbaycanlılar Sisyanda görünür
Növbəti köç karvanı Ağalı kəndinə çatıb, açarlar sakinlərə təqdim olunub