Qarabağ universitetinin 350 bal qərarı: Tələbə qəbulu təhlükə altında?
Qarabağ Universitetində bütün ixtisaslar üzrə minimum 350 bal tələbinin tətbiqi məsələsi ətrafında müzakirələr davam edir. Təhsil sahəsində mütəxəssis olan Elçin Murad, universitetin bu mərhələdə belə bir qərar qəbul etməsinin məqsədəuyğun olmadığını bildirir.
Minval.info xəbər verir ki, Elçin Muradın fikrincə, Qarabağ Universiteti yalnız iki ildir fəaliyyət göstərir və bu səbəbdən minimum bal həddinin inzibati qaydada müəyyənləşdirilməsi üçün hələ tezdir. O, universitetin belə bir qərar qəbul etməsinin yanlış bir addım olacağını düşünür. “Universitet yeni açılıb və iki ildir fəaliyyət göstərir. Yaxşı olardı ki, bir müddət tələbə qəbul edəndən sonra yavaş-yavaş belə bir nəticəyə gəlsinlər. Belə olan halda Qarabağ Universitetinə müraciət sayı azalacaq”, – deyə ekspert qeyd edir.
Muradın sözlərinə görə, universitetin yüksək nəticə göstərən abituriyentləri cəlb etmək istəyi başadüşüləndir, lakin yalnız minimal bal meyarı tətbiq etmək bəzi istedadlı gənclərin təhsil imkanlarını məhdudlaşdıra bilər. “Bəzən abituriyent imtahanlarda yüksək bal toplama potensialına malik olur. Həqiqətən də savadlı şagirddir. Amma imtahan ərəfəsində müəyyən fiziki və ya texniki problemlə üzləşə bilər və nəticədə zəif nəticə göstərər. Məsələn, 500 bal toplamaq potensialı olan abituriyent 300 bal yığır. Bu halda onun yolu bağlanmış olur”, – deyə o əlavə edir.
Ekspert hesab edir ki, minimum 350 bal tələbi universitetə müraciət edənlərin sayına da mənfi təsir göstərə bilər. “Bu qərar istər-istəməz həm qəbul olunanların, həm də Qarabağ Universitetinə müraciət edən abituriyentlərin sayına təsir edəcək”, – deyə Elçin Murad vurğulayır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!