16.08.2019 - 21:43
İdman
16 baxış
"Qarabağ" Premyer Liqaya qələbə ilə başladı
Bu gün Azərbaycan Premyer Liqasına start verilib.
Oxu.Az xəbər verir ki, ilk görüş Mərdəkandakı “Dalğa Arena”da baş tutub. Ötən mövsümün autsayderlərindən olan “Keşlə” dəyişməz Azərbaycan çempionu “Qarabağ”ı qəbul edib.
74-cü dəqiqədə nominal meydan sahibləri azlıqda qalıb. İkinci hissədə meydana çıxmış Emin Mehdiyev baş hakim Orxan Məmmədovun göstərdiyi ikinci sarı vərəqə ilə meydandan qovulub.
Bundan dörd dəqiqə sonra “Qarabağ” qələbə topunu vurub. İsmayıl İbrahimli 78-ci dəqiqədə fərqlənib. Bu ildən əsas komandaya qoşulan gənc futbolçu “Qarabağ”da ilk qolunu vurub.
Qeyd edək ki, turun digər üç görüşü 17-19 avqust tarixlərində keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
20.10.2026 - 13:04
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
20.10.2026 - 10:24
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
19.10.2026 - 17:54
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
15.10.2026 - 01:46
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
12.10.2026 - 16:44
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
12.10.2026 - 15:14
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
12.10.2026 - 12:24
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
11.10.2026 - 17:14