"Qarabağ" - "Molde" matçının neytral meydanda keçirilmə ehtimalı artdı
Norveç hökuməti “Molde”nin UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la matç üçün etdiyi müraciəti mənfi cavablandılıb.
Offsideplus.az xəbər verir ki, Norveçin Mədəniyyət naziri Abid Raca “NTB”yə açıqlamasında “Molde” üçün “Qarabağ”la oyundan əvvəl karantinlə bağlı xüsusi istisna gələn həftənin sonuna qədər olmayacağını bildirib:
“Bununla bağlı Norveç Futbol Federasiyasına və “Molde”yə fəaliyyətlərini buna görə qurmalı olduqları bildirilib. UEFA-nın reqlamentinə uyğun olaraq görüş neytral meydanda keçirilməlidir”.
Qeyd edək ki, “Qarabağ” – “Molde” oyunu püşkə əsasən sentyabrın 15-i və ya 16-da Bakıda keçirilməli olsa da, Norveç klubu ölkədə tətbiq olunan qaydalara görə Bakıdan qayıtdıqda 10 günlük karantində qalmalıdır. Klub bu səbəbdən qarşılaşmanın neytral meydanda oynanılmasını UEFA-dan xahiş edib. Yekun qərarı UEFA verəcək. Bir oyundan ibarət mərhələnin qalibi “Ferentsvaroş” (Macarıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün güclüsü ilə qarşılaşacaq
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək