“Qarabağ”la oyuna döyüş olacaqmış kimi hazırlaşırıq” – “Molde” rəsmisi
“Oyunun harada keçiriləcəyinin hələ də dəqiqləşməməsi işimizi daha da çətinləşdirir. Həm uçuş bileti, həm də otel sifariş edilməlidir. Bu mənada gözləmək vəziyyəti pisləşdirir”.
Apasport.az saytının məlumatına görə, bunu “Molde” klubunun direktoru Ole Erik Stavrum deyib.
Norveç təmsilçisinin rəsmisi Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ” – “Molde” matçının məkanının tezliklə açıqlanacağını söyləyib. O, neytral meydanda oynamaq istəklərini növbəti dəfə dilə gətirib: “Bu gün və ya sabah yekun qərar açıqlanmalıdır. Artıq zamanımız qalmayıb. Bizim tələbimiz Azərbaycana getmək istəməməklə əlaqəli deyil. Sadəcə, mövcud karantin şərtlərinə görə bunu edə bilmirik. “Qarabağ”la oyuna döyüş olacaqmış kimi hazırlaşırıq. Futbolçuların motivasiyasına deyəcək əlavə söz yoxdur”.
Qeyd edək ki, qarşılaşma Bakıya salınsa da, “Molde” klubu Norveçdə karantin şərtlərini əsas gətirərək, UEFA-ya neytral meydan tələbi ilə müraciət edib. Norveçlilərin istəyi qəbul olunsa, “Qarabağ” – “Molde” görüşü Polşa, Kipr, Yunanıstan və ya Macarıstanda keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək