"Qarabağ" komandası yeni rekorda imza atdı
“Qarabağ” Premyer Liqada ardıcıl 3-cü dəfə bir oyunda 6 qol vurub.
“Minval.info”un məlumatına görə, VIII turda “Keşlə”ni 6:1, IX turda “Neftçi”ni 6:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi bu dəfə “Sumqayıt”la görüşdə məhsuldarlıq nümayiş etdirib – 6:1.
Qurban Qurbanovun yetirmələri bununla da Azərbaycan çempionatları tarixində ilkə imza atıb. 1992-ci ildən keçirilən yarışda indiyədək heç bir klub ardıcıl 3 görüşdə 6 və ya daha çox qol vurmayıb.
5 dəfə eyni komanda ardıcıl iki matçda bunu bacarsa da, seriyanı 3-ə çatdıra bilməyib. “Neftçi” iki, “Viləş” və Sumqayıt “Xəzər”i bir dəfə 1992-ci ildə belə məhsuldarlıq göstərib. Sonuncu belə hadisə 2004/05 mövsümünün ikinci yarısına təsadüf olunub. “Bakı” “Göyəzən”i 6:0, “Bakılı”nı 7:2 hesabı ilə üstələyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək