“Qarabağ”ın “tamam, yoxsa davam” matçı - AFİŞA
“Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.
Oxu.Azxəbər verir ki, Qurban Qurbanovun komandası qrupdakı üçüncü matçında “Sivasspor”la üz-üzə gələcək.
İlk iki oyunlarında məğlub olmuş hər iki komanda ilk dövrəni xalsız bitirməmək üçün mübarizə aparacaqlar.
Mövcud müharibə şəraiti ilə əlaqədar olaraq ev oyunlarını neytral meydanda – İstanbulda keçirən “Qarabağ” əvvəlcə Təl-Əvivdə “Makkabi”yə 0:1, ardınca isə “ev”də “Vilyarreal”a 1:3 hesabı ilə uduzub. Növbəti xal itkisi ağdamlıların qrupdan çıxmaq ehtimalını minimuma endirəcək.
Maraqlıdır ki, bu oyun “Qarabağ”ın rəsmi qarşılaşmalarda qardaş ölkə təmsilçiləri ilə ilk qarşılaşmasıdır.
Qeyd edək ki, “Sivasspor” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.
Avropa Liqası
İ qrupu, III tur
5 noyabr
21:55. “Sivasspor” (Türkiyə) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Sandro Şarer (İsveçrə)
Sivas. “Yeni 4 Eylül” stadionu
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Salahsız "Liverpool" Messiyə şok yaşatdı - 4:0 - Video
Qolu kim vurub? - Ronaldo danışdı
"Qarabağ"a arzuolunmaz rəqib düşdü - "Ayaks"...
Məşhur türk şirkəti Azərbaycan klubunun sponsoru oldu - RƏSMİ
İdmançımız finalda ermənini məğlub edərək çempion oldu - VİDEO
Qurban Qurbanov bu futbolçunu millidən kənarlaşdırdı
Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb