"Qarabağ"ın növbəti rəqibi məlum oldu
“Qarabağ”ın Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsindəki rəqibi bəlli olub.
“MediaPost”un məlumatına görə, buna Tiraspolda keçirilən “Şerif” (Moldova) – “Fola” (Lüksemburq) qarşılaşmasının nəticəsi aydınlıq gətirib.
Rəqibi üzərində 2:0 hesabı ilə qalib gələn “Şerif” II raunda yüksəlib. Komandanın heyətində qollara Anatole Abanq (36-cı dəq.) və Andrey Lukiç (80) imza atıb. Bununla da ÇL-də mübarizəni davam etdirən Moldova klubu II təsnifat mərhələsində “Qarabağ”a rəqib olub. Bu komandalar arasında görüş avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. “Fola” isə çıxışını Avropa Liqasında davam etdirəcək.
Qeyd edək ki, “Qarabağ” dünən I raundda Şimali Makedoniya “Sileks”ini üstələyib – 4:0.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Liverpul”un qəhrəmanı haqqında maraqlı fakt
Futbol üzrə İtaliya çempionu bəlli olub
Türkiyə millisinin AVRO-2020 üçün geniş heyəti - Sürpriz adlar var
Çempionlar Liqası: Daha 4 komanda pley-offa vəsiqəni təmin edə bilər
Qurban Qurbanov: “Rəqibimiz kifayət qədər güclü idi”
Məsud Özilin Türkiyə millisinə yolu açıldı