“Qarabağ”ın Avropa Liqasındakı rəqibi evdə uduzub
Avropa Liqasında Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Linfild” növbəti oyununu keçirib.
APA-nın məlumatına görə, təmsilçimizin rəqibi Şimali İrlandiya çempionatının III turunda meydana çıxıb.
“Linfild” öz meydanında “Kolreyn”lə görüşüb. David Hilinin yetirmələri mövsümdə ilk məğlubiyyətini alıblar – 2:4. Meydan sahibləri yalnız üç qol buraxdıqdan sonra bu toplardan ikisinin əvəzini çıxıblar. 65-ci dəqiqədə Joel Kuper, yeddi dəqiqə sonra Şeyn Lavari fərqlənib.
Görüşün sonlarında böyük qüvvə ilə irəli atılan “Linfild” qapısında daha bir qol görüb. Bu matçda qonaqların ikinci topunu avtoqola imza atan “Linfild” futbolçusu Rayan Makqiven vurub.
Beləliklə, keçirdiyi iki oyunda üç xal toplayan “Linfild” 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ”la “Linfild”lə pley-off mərhələsinin oyunları avqustun 22-də və 29-da keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi