"Qarabağ" Avroliqanın rekordçusuna qarşı
Bu gün “Qarabağ” Avropa Liqasında növbəti oyununu keçirəcək.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin V turu çərçivəsində İspaniyanın “Sevilya” komandasının qonağı olacaq. “Ramon Sançes Pisxuan” stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 00.00-da start götürəcək.
A qrupunda yer alan “Qarabağ” və Cənubi Kiprin APOEL komandasının 4 xalı var. Lakin nikosiyalılar şəxsi oyunlardakı üstünlüyə görə (2:1, 2:2) 2-ci pillədə qərarlaşıblar Növbəti mərhələni təmin edən Avropa Liqasının rekord sayda – 5 dəfə qalibi olan “Sevilya”nın 12, Lüksemburq “Düdelanj”ının isə 3 xalı var.
Bu isə o deməkdi ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Sevilyada uduzsa və APOEL səfərdə “Düdelanj”ı məğlub etsə, Azərbaycan çempionu Avropa Liqasında növbəti raundda yüksəlmək şansını itirir.
Avropa Liqası
Qrup mərhələsi
A qrupu
28 noyabr
00.00 Sevilya (İspaniya) – Qarabağ (Azərbaycan)
Hakimlər: Məhəmməd Əl-Hakim, Fredrik Kliver, Mahbod Beigi, Martin Strömberqsson (İsveç).
Hakim-inspektor: Laurent Duhamel (Fransa).
UEFA nümayəndəsi: Paul Daniel Zaharia (Rumıniya).
Sevilya. “Ramon Sançes Pisxuan” stadionu.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
///Qaynarinfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək