Qalmaqallı videolarını yayan qadın futbolçu ilə bağlı yeni qərar - FOTOLAR
“Instagram”da paylaşdığı vidolar qalmaqala səbəb olduğundan İngiltərənin “Çarlton” qadın futbol klubundan qovulan Madelene Vrigt üzr istəyib.
Fanat.Az xəbər verir ki, 22 yaşlı futbolçu hərəkətlərinin səhv olduğunu və bir daha təkrarlanmayacağını bildirib. O, həmçinin səhvlərindən nəticə ççıxararaq yenidən əvvəlki günlərinə qayıtmaq gücünün olduğunu deyib.
“Çarlton” klubu bu açıqlamadan sonra gənc futbolçu ilə bağlı qərarını dəyişib və ona yenidən şans vermək qərarına gəlib. Klub Madelenenin müqaviləsinə xitam versə də, onun istədiyi zaman bazaya gələrək məşqlərə başlaya biləcəyini açıqlayıb.
Qeyd edək ki, Madelene əvvəlcə sükan arxasında şampan içmiş və bunu videoya çəkərək paylaşmışdı. Daha sonra kiçik bir itə maşın sürdürərək görüntülərini yayan gənc futbolçu son olaraq qatıldığı bir əyləncə gecəsində içərisinə narkotik tərkibli qaz doldurmuş şarlardan istifadə etmişdi.




ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək