"Qalatasaray"dan "10 nömrə" əməliyyatı: İki gənc ulduzdan biri seçiləcək
“Qalatasaray” futbol klubu, transfer fəaliyyətlərini sürətləndirərək “10 nömrə” mövqeyi üçün iki potensial oyunçu müəyyənləşdirib.
Minval.info xəbər verir ki, İstanbul təmsilçisi, Moskvanın “Lokomotiv” klubunun 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov və Portuqaliyanın “Portu” komandasının 19 yaşlı istedadı Rodriqo Mora arasında seçim etməyi düşünür.
Azarkeşlərin transfer siyasətinə dair tənqidlərindən sonra “Qalatasaray” rəhbərliyi danışıqları sürətləndirib və avqustun 8-dək ən azı bir və ya iki transferi tamamlamayı hədəfləyir. Klubun “Milan”ın ulduzu Rafael Leao və “Ayntraxt Frankfurt”un gənc futbolçusu Can Uzunla da müsbət danışıqlar apardığı bildirilir. Leaonun satınalma öhdəliyi ilə icarəyə götürülməsi və Can Uzunun birdəfəlik transferi istiqamətində irəliləyiş əldə edilib.
Bununla yanaşı, “10 nömrə” mövqeyi üçün əsas namizədlərin Aleksey Batrakov və Rodriqo Mora olduğu vurğulanır. Klub rəhbərliyi bu iki futbolçudan birini heyətə qataraq həmin mövqedə transferi yekunlaşdırmağı planlaşdırır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bred Pittin alkoqola qayıtması ilə bağlı şayiələr yayılıb
“Benfika” “Portu”ya qarşı intizam tədbirləri tələb edir
Azercell Kinon TV-də yeni idman paketi təqdim olundu
Kurasaodan daha bir sensasiya: möhtəşəm qələbə
Millətlər Liqasında Litva – Azərbaycan matçının hakim heyəti bəlli oldu
Formula-1-də üçüncü sərbəst yürüşə start verildi
Premyer Liqa və Avropa klubları FIFA islahatına çağırır