"Qalatasaray"ın vitse-prezidenti "Neftçi" ilə oyundan danışdı
“İki qardaş ölkənin qardaş komandası üz-üzə gələcək”.
“Report”un məlumatına görə, bunu Türkiyənin “Qalatasaray” klubunun vitse-prezidenti Abdurrahim Albayrak UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi”yə qarşı keçirəcəkləri matç barədə danışarkən deyib.
Klub rəsmisi növbəti mərhələyə yüksələcəklərinə inandığını bildirib: “Allahın köməyi ilə mərhələni keçib, Türkiyəyə qayıdacağıq”.
Albayrak komandada yeni oyunçuların olduğunu sözlərinə əlavə edib: “Hazır olmayan futbolçular var. Radamel Falkao, Arda Turan, Taylan Antalyalı və bir çox oyunçu mövsümə yaxşı başlayıblar”.
Vitse-prezident yeni transferlərin hələ ki, heyətə düşə bilmədiyini vurğulayıb: “Yeni transferlərimiz və komandadan gedənlər olacaq. Futbolçu almaq qədər satmaq da önəmlidir, əlimizdən gələni edirik”.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək