"Qalatasaray" daha bir dünya ulduzunu transfer edir
Yayda Radamel Falkaonu transfer etsə də, kolumbiyalı ulduzun zədə səbəbindən oynaya bilməməsi “Qalatasaray”ın hücum xəttinə yeni oyunçu axtarışına başlamasına səbəb olub.
Fanat.Az xəbər verir ki, İstunbul klubu Mario Balotellini transfer etmək istəyir. Bu barədə İtaliyanın məşhur “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
Məlumata görə, Balotelli “Breşiya”dan ayrılmaq istəyir və bu istəyini klub rəhbərliyinə də çatdırıb. Son məşqdən kənarlaşdırılan ulduz futbolçunun Çin və ABŞ-dan istədiyi təklifləri almadığını, “Qalatasaray”a gəlmək ehtimalının yüksək olduğu bildirilir.
Qeyd edək ki, Balotelli əvvələr İtaliyanın “Lumezzane”, “İnter”, “Milan”, İngiltərənin “Mançester Siti”, “Liverpul”, Fransanın “Nitsa” və “Marsel” klublarında oynayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək