"Qalatasaray" "Barsa"da 46 qol vurmuş hücumçunu gətirir
“Qalatasaray” qış fasiləsinin ən səs-küylü transferinə hazırlaşır.
Türkiyə nəhəngi vaxtilə “Barselona”, “Arsenal”, “Mançester Yunayted” kimi ünlü komandaların formasını geymiş dünyaca məşhur futbolçusuna “elçi” düşüb.
Offsideplus.az “Fichajes”ə istinadla xəbər verir ki, Aleksis Sançez yaxın zamanda “cim-bom”lu ola bilər. Ötən mövsüm “İnter”də 22 oyuna çıxıb 4 qola imzasını yazdıran çilili forvard, cari mövsümdə 6 oyunun iştirakçısı olmaqda 1 dəfə fərqlənib. Cəmi 279 dəqiqə meydanda olub.
Hazırda “İnter”də Romelu Lukaku ilə Lautaro Martinezin kölgəsində qalan 32 yaşlı futbolçu daim oynayacağı komandaya üz tutmaq istəyir. İspan həmkarlarımız Falkao ve Sneyder nümunələrini əsas gətirərək Suarezin ən qısa zamanda İstanbula uça biləcəyini diqqətə çatdırıb.
Bu xəbər sosial şəbəkələrdə yayılınca, “cim-bom” azarkeşləri böyük məmnunluq hisslərini bildirib. Onlar Aleksisin sevimli komandalarına fayda verəcəyini düşünür.
Qeyd edək ki, “Qalatasaray”ın iki əsas hücumçusundan biri Radamel Falkao zədədən əziyyət çəkir. Mbaye Diane isə ideal formasından uzaq düşüb.
Sançezsə “Barsa”da keçirdiyi 3 ildə (2011-2014) bütün yarışlar daxil 46 qola imza atıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Real" da İbrahimoviçi transfer edir - İDDİA
"Qarabağ"ın brifinqinə maska tələbi qoyuldu
Paralimpiya çempionu dopinqə görə cəzalanıb
AFFA prezidenti "Qarabağ"ı təbrik edib
"Buna layiq deyildik, çünki..." - Petr Çex
"Millimiz üçün 4-5 məşqçi ilə danışmışıq" - Ağasəlim Mircavadov
Elnur Əşrəfoğlu dəfn olundu - Foto