"Qalatasaray" Bakıya 45 nəfərlə gəlir
“Neftçi”nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Türkiyə “Qalatasaray”ı Bakıya 45 nəfərlik nümayəndə heyəti ilə gələcək.
Bu barədə “Report”a flaqmanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.
Klub rəsmisinin sözlərinə görə, heyətdəkilərdən 23-ü futbolçudur. Həmin oyunçular adları UEFA-ya sifariş edilənlərdən ibarətdir.
Qalan 22 nəfər arasında İstanbul təmsilçisinin prezidenti Mustafa Cengiz olmayacaq. Əvəzində klubun vitse-prezidenti Abdurrahim Albayrak nümayəndə heyətinin tərkibində yer alıb.
Sentyabrın 16-da çarter reysli təyyarə ilə Bakıya yola düşəcək “Qalatasaray” təqribən saat 15 radələrində Heydər Əliyev adına Beynəlxalq Aeroportunda olacaq. Saat 18:00-da baş məşqçi Fatih Terim oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionunda media önünə çıxacaq. Bundan yarım saat sonra “sarı-qırmızılar”ın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi başlayacaq.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək