"Qadınlarla özünü reklam edən" - Rozadan Namiqə sərt cavab
Müğənni Roza Zərgərli ilə meyxanaçı Namiq Qaraçuxurlu arasındakı qalmaqal daha da böyüyüb.
Minval.info xəbər verir ki, Roza “Bakı vaxtı ilə” proqramına meyxanaçını qonaq dəvət edib. Namiq isə getməyib. Zərgərli isə ondan inciyib və onun ünvanına sərt sözlər deyib.
Daha sonra isə Qaraçuxurlu məsələyə münasibət bildirərkən, Rozanın özünü onunla reklam etməyə çalışdığını söyləyib.
R.Zərgərlini Namiqin bu ifadəsi özündən çıxarıb. Müğənni meyxanaçını təhqir edib: “Kimsə deyir ki, Roza özünü reklam edir. Roza Zərgərlinin reklama ehtiyacı yoxdur, əzizim. Qadınlarla özünü sən reklam edirsən, mən yox”. Qeyd edək ki, Namiq “ATV maqazin onlarla” verilişində Rozanın ünvanına “Roza xanım da gözəl bilir ki, bunu gündəmə gəlmək üçün edib. Tamaşaçıların da rəylərindən göründü ki, birmənalı şəkildə bunu nə üçün etdiyini anlayıblar. Yəni mən şərt qoymamışam ki, bu olsa gələrəm. Demişəm gəlmirəm. Səbəb soruşub. Demişəm ki, filan aparıcı bir neçə gündür xahiş edir ki, meyxanaçılarla birgə verilişə çıxın. Mən imtina etmişəm. Sizin verilişə gəlsəm, inciyəcəklər” sözlərini deyib.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək
