“Qadın adına ləkə gətirən....” - Aysel əsəbiləşdi
“Ağaca güvənə bilərsən. Çünki bilirsən ki, alma ağacı alma, ərik ağacı ərik verir. Heyvanlara güvənə bilərsən, çünki şir şir kimi davranar, meymunluq etməz. Ata güvənə bilərsən, çünki yorulsa da, yara alsa da, sahibini mənzilinə çatdırar, yarı-yolda qoymaz”.
Minval.info xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə sosial şəbəkədə yazıb. Sənətçi insanların etibarsızlığından bəhs edib.
Aysel adını çəkmədiyi tanışını isə hədələyib:
“İnsanlara güvənə bilmirsən. Onlar üzünə gülərək, arxasında xəncər gizlədən varlıqdır. Dəfələrlə şahidi olmuşam, dost, canım, bacım, quzum deyib. Arxada elə murdar işlər çevirən pis varlıq var ki… Onlardan uzaq olmaq lazımdır. Bu həyatda heç kimə güvənmək olmaz. Məsafə saxla. Allaha yaxın, bizdən uzaq olsunlar.
Həmin o qadın cinsinə ləkə gətirən, bu yazımı oxuyanda anlayacaq kimdən danışıram. Bəli, sən, ağıllı ol. Dəvə girib kolluğa, elə bilir ki, heç nə bilmirik, görmürük”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"
“Azərbaycan xalqına azad seçim versən, gedib Manafa səs verəcək”
"Hikmət Rəhimov, haqqımı ver!" - "Apatiya 2"nin çəkilişlərində qalmaqal