Qab yuyarkən suya qənaət etmək istəyirsiniz? – Ənənəvi üsul yanlışdır!
Əksər ailələrdə qab yuyan maşınlar hələ də lüks məişət texnikası olaraq qəbul edilir. Bir çox insan bu cihazların həm çox su, həm də elektrik sərf etdiyini düşünür. Bu səbəbdən, bir çoxları qabları əl ilə yumağın daha sərfəli olduğuna inanır. Ancaq son illərdə aparılan beynəlxalq araşdırmalar bu düşüncənin yanlış olduğunu göstərir.
Minval.info xəbər verir ki, müasir qab yuyan maşınlar düzgün istifadə edildikdə həm suya, həm də elektrik enerjisinə qənaət edir. Bunun əsas səbəbi cihazın suyu davamlı axıtmaması və eyni suyu filtrdən keçirərək təkrar istifadə etməsidir.
İngiltərənin istehlakçı təşkilatı “Which?” tərəfindən 2026-cı ildə aparılan araşdırmaya görə, əl ilə qab yuma zamanı 14 nəfərlik qab dəsti üçün təxminən 63 litr su istifadə olunur. Eyni həcmdə qab müasir qab yuyan maşında əsas proqramda təxminən 13 litr su ilə yuyulur. “Eco” proqramında isə bu rəqəm 10 litrdən də aşağı düşə bilər.
ƏLAQƏLİ
Dəniz kərimzadə yeni vəzifəsində: Agentlikdə diqqət Mərkəzində kim olacaq?
Almaniyanın Bonn Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmalar göstərir ki, insanlar əl ilə qab yuyarkən orta hesabla 49 litr su istifadə edirlər. Eyni miqdarda qab qab yuyan maşında cəmi 13 litr su ilə yuyulur və maşın daha yaxşı təmizləmə nəticəsi göstərir.
Araşdırmalar göstərir ki, qabları əl ilə yumağa orta hesabla 60 dəqiqə vaxt sərf edilir, lakin qab yuyan maşının doldurulması və boşaldılması cəmi 9 dəqiqə çəkir. Elektrik enerjisi ilə bağlı narahatlıqlar isə əsassızdır. Çünki uzun proqramlar daha az enerji sərf edir. “Eco” proqramlarında maşın suyu daha aşağı temperaturda qızdırır və yuma müddətini uzadaraq daha az elektrik sərf edir.
Əl ilə yuma zamanı su sərfiyyatının yüksək olmasının səbəbi, kranın bağlı olduğunu düşünsək də, qabların isladılması, köpüklənməsi və axar su altında yaxalanmasıdır. Qab yuyan maşın isə eyni suyu nasos vasitəsilə dəfələrlə dövr etdirərək istifadə edir və yalnız son yaxalama mərhələsində təmiz su əlavə edir. Bu da su itkisini minimuma endirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dəniz kərimzadə yeni vəzifəsində: Agentlikdə diqqət Mərkəzində kim olacaq?
Azercell-dən musiqili yenilik: Zənglərinizə rəng qatın!
Rusiyada qadınlara hərbi çağırış...
Alman avtomobil nəhəngləri ixtisar dalğasında: Minlərlə iş yeri təhlükədə
Ezamiyyət qaydaları dəyişdi – Bu şəxslərə xüsusi istisna tətbiq olunacaq