Qətldə ittiham olunan güləşçi yığmamızdan kənarlaşdırıldı
Azərbaycanın sərbəst güləşçisi Nurməhəmməd Hacıyev milli komanda üzvləri siyahısından kənarlaşdırılıb.
Federasiyadan “Report”a verilən məlumata görə, Mahaçqala sakini Abdulbasir Ömərovun qətlində ittiham olunan 23 yaşlı idmançının adı 2021-ci il üçün Gənclər və İdman Nazirliyinə təqdim edilən siyahıda yer almayıb.
Bildirilib ki, məsələ ilə bağlı cinayət işi açılıb və istintaq davam edir, məhkəmə prosesinə isə hələ start verilməyib.
Federasiya mütəmadi olaraq Nurməhəmməd Hacıyevin durumu ilə bağlı məlumat alır. O, proses yekunlaşanadək yığmanın üzvü olmayacaq. Məsələ açıq qaldığından, Hacıyevin adı qeyri-müəyyən müddətədək yığma üzvləri siyahısından çıxarılıb.
Qeyd edək ki, Nurməhəmməd Hacıyevlə yanaşı, Surakat Asiyatilov və Hüseyn Asiyatilov Abdulbəşir Ömərovun ölümündə təqsirləndirilir. Sərbəst güləşçi Azərbaycan millisinin üzvü kimi Minsk-2019 II Avropa Oyunlarında 97 kq çəki dərəcəsində gümüş, 2018 və 2019-cu il Avropa çempionatlarında bürünc medal qazanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni yeni Kadiyə çevirdiniz" - Forvard "Qarabağ"la vidalaşdı
Ronaldodan sonra "Real"ın daha bir ulduzu İtaliyada
Həbiblə bağlı mühüm qərar verildi
Azərbaycan voleybolçusu dünya rekordu vurub
Ronaldonun transfer qiyməti açıqlandı - Fantastik məbləğ
Sadio Mane ayın futbolçusu seçilib
PSJ-də "zəlzələ": Baş məşqçi və 8 ulduz qovulur - SİYAHI