"Qəbələ"nin sabiq baş məşqçisi: "Futbolçular yardımdan imtina etməyib"
Rusiyanın “Lokomotiv” klubunun baş məşqçisi Yuri Syomin futbolçuların maaşlarını azaltmağa hazır olduqlarını bildirib.
73 yaşlı mütəxəssis bu barədə şəxsi “Instagram” hesabında açıqlama yayıb. “İndi baş verən müzakirə ölkəmizdəki epidemiyaya daha çox fayda verəcək! Oyunçular heç vaxt yardımdan imtina etməyiblər və yenə qətiyyətlə razılaşacaqlar” deyə baş məşqçi vurğulayıb.
Qeyd edək ki, Rusiyada “Zenit”, “Spartak” və “Dinamo”nun oyunçuları maaşlarının azalmasına razı olublar.
Aleksandr Syomin 2013/2014 mövsümündə “Qəbələ”də çalışıb. Onun rəhbərliyi altında “qırmızı-qaralar” Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı və ölkə kubokunun finalçısı olub. Syomin ən böyük uğurlarını “Lokomotiv”də çalışdığı dövrdə əldə edib. O, 3 dəfə Rusiya çempionluğu, 6 dəfə ölkə kuboku və 3 dəfə Superkubok qazanıb. Ukraynanın “Dinamo” (Kiyev) komandasında çalışdığı vaxt isə Syomin çempionluq və superkubok titullarına sahib olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək