“Qəbələ”nin eks-kapitanının yeni klubu açıqlandı
“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.
Minval.info xəbər verir ki, Bakı komandası Cavid Hüseynovla anlaşıb.
31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanılıb. Hüseynov indiyə qədər “Turan”, MOİK, “Olimpik”, “İnter”, “Neftçi”, “Adana Demirspor” (Türkiyə), “Bakı” və “Qəbələ”də forma geyinib. Cavid həmçinin Azərbaycan yığmasında da meydana çıxdığı 52 oyunda 2 dəfə fərqlənib.
Cavid Hüseynovun “Zirə”nin mətbuat xidmətinə açıqlama verib:
“”Zirə” rəhbərliyi və baş məşqçi Samir Abasovun məni komandada görmək istədiklərini bilirdim. Klub rəhbərliyi ilə müzakirələr apardıq. Fikir mübadiləsindən sonra hər şey məni qane etdi. Həm maddi, həm də digər şərtlərdə razılıq əldə etdik. Beləliklə bu gün müqavilə bağladıq, “Zirə” ilə müqavilə imzaladığıma görə şadam”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi