30.07.2026 - 23:39
Dünya 10 baxış

Putin Ukrayna ilə bağlı ən pis ssenariyə məcbur olur

Rusiya-Ukrayna münaqişəsində Vladimir Putinin maksimalist tələbləri artıq özünü doğrultmur və bu, onu ən pis ssenariyə sürükləyir.

Minval.info xəbər verir ki, İsveçin keçmiş Baş naziri və xarici işlər naziri Karl Bildt “Kyiv Independent” qəzetindəki köşəsində bu fikirləri irəli sürüb.

Bildirir ki, Putin hazırda ən rasional seçim olan Ukraynadakı təmas xətti boyunca atəşkəsə razı olmalıdır. “Onun bütün Donbası ələ keçirmək və ya hətta bütün Ukraynanı tabe etmək cəhdi müharibədə tam məğlubiyyətlə nəticələnə bilər. Əgər Rusiya Prezidenti Putin müharibənin gedişatını ayıqlıqla qiymətləndirsəydi, atəşkəs istəyərdi. Lakin onun mühakiməsi açıq-aşkar bulanıqdır; bütün əlamətlər onun müəyyən bir eskalasiya axtardığını göstərir. Bu yola davam edərsə, vəziyyət yalnız pisləşəcək,” – deyə Bildt vurğulayıb.

O, 2025-ci ilin avqust ayında Ankoricdə ABŞ Prezidenti Donald Trampla görüş zamanı Putinin Vaşinqtonu Ukrayna prezidenti Volodimir Zelenskiyə təzyiq göstərməyə inandırmağa çalışdığını qeyd edir. “Putin, ABŞ-ı Zelenskinin yalnız Rusiyanın işğal etdiyi əraziləri tanımasına deyil, həm də Donbasın Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan hissəsini təhvil verməyə məcbur etməyə çalışıb. Ancaq Ukraynanı bu güzəştlərə razı salmaq mümkün olmadığı üçün danışıqlar dalana dirənib,” – Bildt əlavə edib.

Müəllif, Kreml indiki şəraitdə məqsədlərinə hərbi yolla çatmağa ümid etdiyini bildirir. “Putin inanır ki, mülki əhaliyə və vacib infrastruktura hücumlar Ukraynanı təslim olmağa məcbur edə bilər. Lakin bu cür hücumlar heç vaxt müharibədə qalib gəlməyə gətirib çıxarmayıb, bu isə Ukraynada da dəyişməyəcək,” – deyə Bildt fikrini tamamlayır. Rusiya ordusu cəbhə xəttində ilişib qalıb, yavaş irəliləyir, eyni zamanda Ukrayna Rusiya ərazisinin dərinliklərinə hücumlarını artırır.

Bildt, işğal olunmuş Krımda Rusiya hərbi logistikası və infrastrukturuna hücumlara xüsusi diqqət yetirir. “Putin üçün simvolik əhəmiyyət kəsb edən Donbas deyil, Krımdır. 2014-cü ildə yarımadanın ilhaqı Putinin ölkə daxilində populyarlığını artırdı və 2022-ci ildə tammiqyaslı işğala yol açdı. İndi isə işğalın ilkin məqsədi – bütün Ukraynanı tabe etmək – artıq mümkünsüzdür. Kreml üçün rasional həll indi atəşkəsə razılaşmaqdır; əks halda istədiyi Donetsk vilayətinin kiçik bir hissəsini əldə etməsi ehtimalı aşağı, Krım üzərində nəzarəti itirməsi ehtimalı isə yüksəkdir,” – deyə Bildt yekunlaşdırır.

Minval.info

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: