Putin Qurandan danışıb və Səudiyyə Ərəbistanına təklif edib ki...
“The New York Times” qəzetinin bugünkü sayında Vladimir Putinin İstanbulda etdiyi zarafatla bağlı bir yazı var.
Dünən İstanbulda Türkiyə, İran və Rusiya prezidentləri Suriya ilə bağlı bir araya gəlib.
ABŞ və digər Qərb ölkləri İranı Səudiyyə Ərəbistanının neft yataqlarını yandırmaqda ittiham edir. Qərb neftin qiymətinin kəskin şəkildə qalxacağından narahatdır.
Bu məsələyə toxunan cənab Putin deyib: “Quran buyurur ki, istənilən zoraklıq qəbulolunmazıdr. Ancaq sən öz ölkəni qorumaq üçün zoraklığa əl ata bilərsən..Biz (Rusiya) Səudiyyə Ərəbistanına öz xalqını qorumaq üçün yardım etməyə hazırıq. Səudiyyə birmənalı qərar qəbul etməlidir. Necə ki, İran S300, cənab Ərdoğan daha irəli getmiş S400 müdafiə sistemi almağa qərar verdi…Bu müdafiə sistemi Səudiyyə Ərəbistanını istənilən hücumdan qorumaq gücündədir…”
Putinin bu sözləri İran prezidenti tərəfindən təbəssümlə qarşılanıb…
Rusiya Yaxın Şərqdə öz təsir dairəini genişləndirmək üçün İran-Səudiyyə qarşıdurmasından yararlanmağa çalışır. Eyni zamanda, varlı körfəz ölkələrinə öz silahını da satmağa ciddi maraq göstərir…(https://www.nytimes.com/2019/09/17/world/middleeast/putin-saudi-iran.html)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maksim Şevçenko: "Müharibə başlasa, Ermənistan Zəngəzuru da itirə bilər"
Boş qalan deputat yerlərinə seçkilər niyə keçirilmir? (İDDİA)
Putin İlham Əliyevi təbrik etdi
Çanaqqalada “Qardaş briqada” təlimləri davam edir (FOTO)
Əli Həsənov prezident seçkilərinin tarixinin dəyişilməsini şərh edib