Putin: “Mitinqlərdə pozuntuların qarşısı alınmasa, yanğınlar və talanlar baş verə bilər”
“Mitinqlərin bütün iştirakçıları ictimai aksiyaların keçirilməsi qaydalarına riayət etməlidir. Əks təqdirdə vəziyyət küçə iğtişaşları ilə nəticələnə bilər”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin TASS agentliyinə müsahibəsində deyib.
Rusiya Prezidenti bildirib ki, hər kəsin riayət etməli olduğu qaydalar var: “Həm hakimiyyət tərəfdarlarının, həm də müxaliflərin. Qanun var və qanuna riayət etmək lazımdır. Əks təqdirdə, ölkədə vəziyyət tamamilə qarışa bilər. Biz nə istəyirik? İstəyirik ki, küçələrdə avtomobilləri yandırsınlar? Əgər reaksiya verməsək, yandıracaqlar. Vitrinləri dağıdacaqlar və bundan insanlar əziyyət çəkəcəklər. Qanun ictimai aksiyalar vasitəsilə öz fikrini deməyə imkan verir. Bunun üçün isə yalnız icazə almaq lazımdır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rus mediasının Qaraqalpaqdan süjeti Kremli ifşa etdi
Donald Tramp növbəti prezident seçkilərində iştiraka hazırlaşır
Mövlam Şıxəliyevlə dəstə üzvlərinə hökmün elanı başlandı
Britaniya Kraliçası Azərbaycanı təbrik etdi
“Azəristiliktəchizat”: "Bu gündən istiliyin verilməsinə başlanılıb"
Bakıda adgünü keçirib video yayan qadınlar saxlanıldı - FOTO